image-5backend

Budapeşt İsveçin NATO-ya daxil olmasına mane olmayacaq

image-reklam_sirab_01

Ankara bu Skandinaviya ölkəsinin alyansa üzvlüyünü dəstəkləsə, Budapeşt İsveçin NATO-ya üzv olmasına mane olmayacaq.Vətəninfo.az xəbər verir ki , bu barədə çərşənbə axşamı EFE agentliyi Macarıstanın xarici işlər naziri Peter Siyartonun bəyanatına istinadən məlumat yayıb.

Siyarto mətbuat konfransında jurnalistlərə deyib: “Əgər Türkiyə ilə hər hansı bir irəliləyiş olarsa, o zaman təbii olaraq vədimizi yerinə yetirəcəyik və Macarıstan heç bir ölkənin girişini gecikdirməyəcək”.

O, bu məsələ ilə bağlı Türkiyədən olan həmkarı Hakan Fidanla sıx əlaqədə olduğunu bildirib.

Macarıstanın xarici işlər naziri vurğulayıb ki, İsveçin NATO-ya daxil olmasını ratifikasiya etmək qərarı Macarıstan parlamentinin deputatlarında qalır və ölkə hökuməti artıq müvafiq mətni təsdiq üçün təqdim edib.

Macarıstan və Türkiyə İsveçin alyansa daxil olmasını hələ ratifikasiya etməmiş yeganə iki ölkədir. Eyni zamanda, çərşənbə axşamı Fidan İsveçin NATO-ya qəbulunun strateji təhlükəsizlik baxımından məqsədəuyğun olduğuna şübhə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki