Brüsselin “İran Air” aviakompaniyasına qarşı yeni sanksiyalarından sonra rəsmi Tehran Avropa istiqamətində bütün uçuşları dayandırıb. İLNA agentliyi bu barədə İran Aviadaşıyıcıları Assosiasiyasının direktoru Maqsud Əsədi Samaniyə istinadla məlumat yayıb.
“Ölkəmizdən Avropaya uçuşlar həyata keçirən yeganə aviakompaniya “İran Air” idi. Avropa İttifaqının (Aİ) bu aviakompaniyaya qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, – deyə Maqsud Əsədi Samani bildirib.