Donald Trampın prezidentliyi dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə edilmədi, getdikcə daha çox məhdudiyyətlər tətbiq olundu.
Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ancaq dialoq olub. Bu, yəqin ki, müsbət addım kimi qiymətləndirilə bilər”, – deyə o əlavə edib.
Trampın Ukraynada sülh əldə olunarsa, anti-Rusiya sanksiyalarının yumşaldılmasının mümkünlüyü barədə bəyanatına cavab olaraq Peskov hər hansı bu cür məhdudiyyətlərlə bağlı Moskvanın mövqeyini xatırladıb.
“Bizim mövqeyimiz bəllidir. Biz bu sanksiyaları qeyri-qanuni hesab edirik, onlar beynəlxalq iqtisadi münasibətlərin əsaslarını sarsıdır”, – Peskov vurğulayıb.