Bütün Rusiya aviaşirkətləri uşaq biletlərinə 50 faiz endirim edəcək
Yanvarın 10-dan Rusiyanın bütün aviaşirkətləri uşaq biletlərinə 50 faiz endirim edəcəklər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin və hökumət üzvlərinin görüşündə nəqliyyat naziri Roman Starovoit bildirib.
Bildirilib ki, əsas aviaşirkətlər dekabrın sonunda bütün zəruri tədbirləri həyata keçirib.
O qeyd edib ki, bu dəyişikliklər yanvarın 14-dək Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək.