image-8888backend

Çavuşoğlu: Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı danışıb.

Vətəninfo.az xəbər verir ki, o, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub.

“Türkiyə Ermənistanla normallaşmasında səmimiyyət nümayiş etdirir. Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, – deyə o bildirib.

Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı Avropa İttifaqını da tənqid edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki