image-11backend

Çavuşoğlu: “Suriyalıları ölkələrinə göndərmək ölümə bərabərdir”

image-reklam_sirab_01

Türkiyə suriyalılarla bağlı “yol xəritəsi” hazırlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mövud Çavuşoğlu bildirib.

Suriyalı mühacirler Türkiyəyə vətəndaş müharibəsi səbəbilə gəliblər. 550 min suriyalı mühacir ölkəsinə geri göndərilib”, – Çavuşoğlu deyib. O, bununla belə, həmin rəqəmin kifayət etmədiyini və daha çox mühacirin ölkəsinə göndəriləcəyini vurğulayıb:

Çavuşoğlu mühacirlərin təhlükəsiz qayıtması və infrastrukturun hazırlanması üçün “yol xəritəsi”üzərində çalışdıqlarını deyib: “Mühacirlər geri dönəcəklər, onları geri qaytaracağıq, amma bunu insan ləyaqətinə yaraşan şəkildə etməliyik.

Siyasi proseslərin canlandırılması, terrorla mübarizə, Suriyanın terrorçulardan təmizlənməsi və vətəndaşlarının təhlükəsiz qayıdışı həyata keçiriləcək. Bunlar hamısı bir-biri ilə əlaqəlidir”.

Mövlud Çavuşoğlu Əfqanistan, Pakistan, Afrika ölkələri və digər yerlərdən Türkiyəyə qeyri-qanuni yollarla gələn bir çox qanunsuz mühacirin de ölkələrinə geri göndərildiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki