Vətəninfo.Az informasiya Agentliyində “Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir” başlığı altında yayımladığınız məlumatla bağlı bildiririk ki, həmin vidomaterialı çəkən və Agentliyinizə göndərən şəxs İsmayılov Asəf Pənah oğlu əvvələr 10 ildən yuxarı bələdiyyə sədri olduğu Ağdaş bələdiyyəsində yol verdiyi korrupsiya cinayətlərinə görə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda haqqında toplanılmış materiallara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə baxılır .Buna görə Asəf İsmayılov müxtəlif bəhanələr gətirərək rayon icra hakimiyyəti, həmçinin digər vəzifəli şəxslər haqqında böhtan xarakterli paylaşımlar etməklə törətdiyi cinayət əməllərindən yayınmaq istəyir.
Videomaterialda qeyd edilən küçə şəhərin mərkəzi sayılan Heydər Əliyev prospektinin dalan küçəsidir. Küçədə yaşayan sakinlərin “Azəravtoyol” ASC-nin “46 №-li Yol İstismarı” MMC-yə və digər təşkilatlara çoxsaylı müraciətləri nəzərə alınaraq sözügedən küçə 46 №-li Yol İstismarı” MMC-nin öz vəsaiti hesabına asflatlaşdırılmışdır.
Bildiririk ki, 2022-2023-2024-cü illərdə Cəlilabad və Göytəpə şəhərlərində 80-dən çox küçənin asfaltlaşdırılması həyata keçirilmişdir. Bu il ərzində də 24 küçənin asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
Videomaterialı paylaşan Asəf İsmayılovun yaşadığı əlillər binası yaxınlığında qəzalı binaların yerində hündürmərtəbəli binaların tikintisi davam edir və burada ağırtonajlı avtomobillərin intensiv hərəkəti mövcuddur. Sözügedən binaların tikintisi başa çatdıqdan sonra həmin ərazilərdə də asfaltlaşdırma işləri həyata keçiriləcəkdir.