image-1backend

CENTCOM: “ ABŞ gəmiləri 5  iranlı dənizçini xilas edib” 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  dünən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ölkənin Hərbi Dəniz Qüvvələrinə və Sahil Mühafizəsinə aid iki gəminin Fars körfəzi sularında beşi iranlı, ikisi də hindistanlı olmaqla, 7 dənizçini xilas etdiyini açıqlayıb.
CENTCOM-un məlumatına görə, iki Amerika gəmisi batmaqda olan İranın “Şayeste” ticarət gəmisinin ekipajının kömək istəyinə cavab verib. Bildirilib ki, gəmi ekipajın xilas edilməsindən sonra batıb.
Qeyd olunub ki, regional sularda adi hal kimi Qətər bayrağı altında üzən İran gəmisinin ekipajı tarazlığını itirdikdən sonra çətinliklə üzləşdiyini elan edib. CENTCOM xilas edilən dənizçilərin ABŞ Sahil Mühafizəsi gəmisinə köçürüldüyünü və onlara tibbi yardım göstərildiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image