İran hakimiyyəti Cənubi Azərbaycanda Hirkan neft yatağı kəşf edildiyini açıqlayıb. Vətənini.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi məlumat verib.
“İranın Neft Nazirliyi Hirkan yatağının kəşfi üçün böyük səylər göstərib və bu səylər müsbət nəticə verib. 3000 metr dərinlikdə ən azı 27 milyon barel neft ehtiyatı aşkar edilib və təsdiqlənib.
Bu il iyulun 5-də İranın neft naziri Cavad Ouci OPEC-in 8-ci Beynəlxalq Seminarında bəyan edib ki, İslam Respublikası öz ehtiyatlarını və dünyada enerji resurslarına olan ehtiyacı nəzərə alaraq neft və qaz hasilatını artırmağı planlaşdırır. Nazir o zaman qeyd edib ki, İran gündə 3,8 milyon barel neft və 1 milyard kubmetrdən çox qaz hasil edir.
Dünya neft ehtiyatlarının 13%-dən çoxu İran ərazisində yerləşir. OPEC-in məlumatına görə, ölkənin ehtiyatları ən azı 208,6 milyard bareldir. Əsas yataqlar Cənubi Azərbaycan ərazisindədir.


























