Koreya Respublikası və Qətər silahlı qüvvələri Qətərdə canlı atəşlə birgə hərbi təlimlər keçirir. Vətəninfo.az xəbər verir ki , bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bundan əvvəl 100 Cənubi Koreya əsgəri, dörd K2 tankı və dörd K9A1 Thunder özüyeriyən artilleriya qurğusu desant gəmisi ilə Qətərə gəlib. Bu, Koreya Respublikasının quru qoşunlarının xaricdə tanklardan və özüyeriyən artilleriya qurğularından istifadə etməklə ilk hərbi təlimləridir. Qətər tərəfdən Leopard 2A7 tankları və Panzerhaubitze 2000 özüyeriyən artilleriya qurğuları iştirak edib.
Bundan əvvəl Seulda bildirilmişdi ki, Qətərdəki təlimlər zamanı Cənubi Koreya texnikasının imkanlarının nümayişi Cənubi Koreya silahlarının xarici bazarlarda yayılmasına töhfə verəcək.
TASS öz növbəsində xatırladır ki, sentyabrın 20-də məlum olub ki, Cənubi Koreyanın LIG Nex1 şirkəti İraqın Müdafiə Nazirliyi ilə “Çhoqun-2” zenit-raket komplekslərinin tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə imzalayıb. 2022-ci ildə BƏƏ 3,37 milyard dollara 12 Chongun-2 zenit-raket kompleksi alıb. Və 2024-cü ildə fevral ayında Səudiyyə Ərəbistanı 3,2 milyard dollara 10 kompleks alıb. K9 özüyeriyən qurğular Misirə tədarük edildi.