image-1backend

Cənubi Koreya Rusiyadan bu helikopterləri aldı

image-reklam_sirab_01

2024-cü ildə Cənubi Koreya son on ildə ilk dəfə Rusiyadan helikopterlər alıb. Lakin bununla yanaşı, Rusiya tərəfi helikopterlərin ehtiyat hissələrinin tədarükünü 2/3 nisbətində azaldıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Statistika Xidməti məlumat yayıb.

Təqdim olunan məlumatlara görə, ötən il Rusiya Cənubi Koreyaya 5,2 milyon dollar dəyərində və ümumi çəkisi 34,5 ton olan ehtiyat hissələri tədarük edib. Bir il ərzində bu tədarüklər 2012-ci illə müqayisədə 69,2 faiz azalıb. Cənubi Koreya Rusiyadan 2,9 milyon dollar dəyərində təyyarə, helikopter və PUA-lar üçün ehtiyat hissələri, həmçinin 2,04 milyon dollar dəyərində pərvanə alıb. Seul oxşar məhsulları sonuncu dəfə 2014-cü ildə Moskvadan alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image