image-1backend

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələrinin genişmiqyaslı təlimləri keçirir

image-reklam_sirab_01

Cənubi Koreya və ABŞ hava əməliyyatları imkanlarını genişləndirmək üçün birgə hərbi təlimlərə başlayıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Nəticə yoxdur.

Avqustun 23-dək davam edəcək Hərbi Hava Qüvvələri təlimində Cənubi Koreyanın F-15K, FA-50 və KF-16 döyüş təyyarələri, həmçinin Amerikanın F-16 və A-10 döyüş təyyarələri də daxil olmaqla 200-ə yaxın təyyarə iştirak edəcək.

Yonhap-ın qeyd etdiyi kimi, “ilk dəfə olaraq bir neçə müttəfiq qırıcı qrup havada, quruda və dənizdə keçirilən 24 saatlıq hava təlimlərində iştirak edib”.Manevrlərə şərti düşmən təyyarələrinin iştirakçı ölkələrin hava məkanına daxil olmasını imitasiya edən təlimlər, həmçinin hava hücumundan müdafiə, havadan ələ keçirmə və havadan xəbərdarlıq sistemlərinin imkanlarının artırılmasına yönəlmiş təlimlər daxildir.Təlim avqustun 19-da başlayan və avqustun 29-dək davam edəcək ABŞ-Cənubi Koreya arasında illik “Ulchi Freedom Shield” yay təliminin bir hissəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki