image-1backend

Cənubi Koreyada körpü uçdu, ölən və yaralananlar var

image-reklam_sirab_01

Cənubi Koreyanın Çonan şəhərində sürətli avtomobil yolunun tikintisi zamanı körpünün uçması nəticəsində 3 fəhlə ölüb, 5 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza Seul-Sejonq ekspress yolunun bir hissəsində işçilər körpünün yuxarı hissəsindəki dayaqlar arasında bərkidilmiş bir neçə dəmir parçasından ibarət polad konstruksiyanı kranla daşımaq üçün istifadə edərkən baş verib.

Körpünün altında 8 işçi olub, onlardan 3-ü ölüb, 5-i yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image