image-1backend

Cənubi Koreyanın altı müxalifət partiyası prezidentin impiçmenti üçün parlamentə petisiya təqdim edib

image-reklam_sirab_01

Cənubi Koreyanın ən böyük Demokratik Partiyası da daxil olmaqla altı müxalifət partiyası prezident Yun Seok-yeolun impiçmenti üçün parlamentə petisiya təqdim edib. Vətəninfo.az xəbər verir ki,  bu barədə Yonhap agentliyi məlumat yayıb.

190 müxalifət deputatı impiçment təklifini imzalayıb. Hakim partiyanın deputatları bunu imzalamayıb. Prezidentin impiçmenti məsələsi parlamentin dekabrın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq və bununla bağlı səsvermə dekabrın 6-da və ya dekabrın 7-də keçiriləcək. 

İmpiçmentin qəbulu üçün parlamentarilərin üçdə ikisinin dəstəyi lazımdır, yəni Yun Seok Yeolun impiçmenti üçün 300 nəfərlik Milli Assambleyanın müxalifət partiyalarına hakim partiyanın bir neçə deputatının dəstəyi lazımdır. 

Yoon Seok Yeol dekabrın 3-ü axşam saatlarında gözlənilməz televiziya müraciəti ilə xalqa müraciət edərək, müxalifəti “hökumət əleyhinə” hərəkətlərlə hökuməti “iflic etməkdə” ittiham edərək fövqəladə vəziyyət elan etdi. 

Cənubi Koreya prezidenti Milli Assambleyanın yekdil səsverməsindən sonra səhər tezdən hərbi vəziyyət rejimini ləğv edib və deputatlar onun ləğvini tələb ediblər. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki