Cənubi Koreyanın cənub-şərqində yerləşən Kimhae şəhərindəki hərbi bazada partlayış baş verib, nəticədə 3 mülki şəxs yaralanıb. Vətəninfo.az xəbər verir ki , bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Partlayış dekabrın 23-də səhər saat 9:27-də təhlükəli materialların saxlanılması üçün yeni tikilmiş anbara baxış zamanı baş verib.Zərərçəkmişlərin aldıqları yanıqların həyati təhlükəsi yoxdur.Partlayışın səbəbləri araşdırılır.Hərbi baza Seuldan təxminən 300 km cənub-şərqdə yerləşir.