image-1112705backend

Çexiya Ermənistana hansı silahları satacaq? -Razılaşma əldə edildi

image-reklam_sirab_01

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentin ratifikasiyasına təqdim edilmiş Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişi Milli Assambleyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasına təqdim edib. Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan 2024-cü ildə Çexiyada müxtəlif silahları almaq üçün razılıq əldə edib.

Arman Sarkisyan  bildirib ki, həmin razılaşmaya əsasən, hərbi-texniki sahədə əməkdaşlığın istiqamətləri müəyyən ediləcək ki, bunlara hərbi təyinatlı məhsulların istehsalı, idxalı və ixracı prosesi, lisenziyalaşdırma, keyfiyyətə nəzarət, zəruri mütəxəssislərin və texniki kadrların hazırlanması, təşkilatlara dəstək daxildir. Hərbi-texniki sahədə fəaliyyət göstərən, informasiya mübadiləsi və saxlanması ilə bağlı digər əlaqələr müzakirə edilib.

2020-ci ildə Çexiya Ermənistana bəzi silahları çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki