image-6backend

Ceyhun Bayramov: Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır

image-reklam_sirab_01

Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye Runaşenin Bakıya, COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.

Vətəninfo.az-ın məlumatına görə, bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun fikrincə, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.

“Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”.

XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə olan digər məsələlərə qarışdırmır.

“Bizim COP-dan öncə də tədbirlərimiz olub, onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi, Fransanın iştirak etməməsi – bu, artıq onların öz seçimidir”, – nazir deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image