CHP-nin qurultayına 250-yə yaxın nümayəndə göndərəcək İstanbul təşkilatında həm “İslahat tərəfdarları”, həm də “Kamalçılar” “öndəyik” davasına girib.
İstanbulda keçirilən konqreslərdə İmamoğlu tərəfdarları da, Kılıçdaroğlunun tərəfdarları da özlərinin irəlidə olduqlarını iddia ediblər.
CHP-nin qeyri-rəsmi İstanbul İl sədri Canan Kaftancıoğlunun qohumu Dəniz Kaftancıoğlunun Küçükçekmecedəki səsvermədə nümayəndə seçilə bilməməsi qərargahda soyuq duş effekti yaradıb. Buna baxmayaraq, Küçükçekmece, Kadıköy və Üsküdarda islahat tərəfdarlarının qalib gəldiyi iddiaları Kılıçdaroğluna yaxın adlar tərəfindən israrla rədd edilir.
Üsküdarda CHP sədr müavini Eren Erdem tərəfindən namizədliyi irəli sürülən Onur Cingilin İlçə rəhbərliyi uğrunda yarışı islahat tərəfdarlarından İbrahim Çağlara uduzması İmamoğlu tərəfdarlarının qələbəsi kimi qiymətləndirilir.publika.az