Türkiyənin İzmir şəhərində səfərdə olan jurnalistlər bir sıra görüşlər keçiriblər. İzmirdə səfərin ikinci günü Türkiyə-Azərbaycan Federasiyaları Başkan vəkili Pərviz Məmmədzadə, “Vətəninfo.az“ İnformasiya agentliyinin rəhbəri Nahid Canbaxışlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər , İzmir – Azərbaycan Kültür və Dayanışma dərnəyinin başkanı Eşref Tuna və Diaspor İnformasiya Mərkəzinin sədri , jurnalist Togrul Allahverdiyev başda olmaqla İzmirin Karabağlar Bələdiyyə başkanı xanım E.Helil İnay Kınayla görüşüblər.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbədən söz açılıb. Görüş zamanı Azərbaycan ordusunun keçirtdiyi anti – terror tədbirləri haqqında məlumat verən Nahid Canbaxışlı qeyd edib ki, Azərbaycan xalqı ən böyük zəfərini qazanıb.
Nahid Canbaxışlı həmçinin İzmirin Karabağlar Bələdiyyə başkanı xanım E.Helil İnay Kınayı “Üçüncü Sektor”İB-nin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 31 may tarixində keçiriləcək “Qayıdış” Qərbi Azərbaycan İzmir Forumu haqqında məlumatlandırıb və forumda iştirak üçün dəvət edib.
Görüşün sonunda xatirə fotosu çəkilib.