image-1backend

Çin ABŞ-ı  ittiham edir

image-reklam_sirab_01

Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, ABŞ hakimiyyəti Cənubi Çin dənizində gərginliyin dərinləşməsində utanc verici rol oynayır, Çin və Filippin arasındakı ərazi mübahisələrindən eqoist məqsədlər üçün istifadə edir .

“Eqoist geosiyasi hesablamalarla idarə olunan ABŞ Filippinə Çinin suverenliyinə təcavüz etməkdə dəstək və yardım etməklə və Cənubi Çin dənizi problemindən Çin ilə digər region ölkələri arasında ziddiyyət yaratmaq üçün istifadə etməklə son dərəcə alçaq rol oynamışdır.”  Vətəninfo.az xəbər verir ki,  bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Açıqlamaya görə, Pekin bölgədə son gərginlikdə Manilanı günahlandırır. Filippin üzərinə götürdüyü öhdəlikləri pozmuş, “dənizdə mübahisələri qızışdırmış və hərbi qüdrət nümayiş etdirərək xarici güclərlə birləşmiş”, həmçinin “Çini nüfuzdan salan yalan məlumatlar yaymışdır”.

“Filippinin xarici siyasətinin kimin maraqlarına xidmət etdiyi, dənizdə hərəkətə keçərək kimin üçün işlədiyi bəlli olur”, – deyə bəyanatda bildirilir. “Bölgədəki ölkələr ayıq-sayıq olmalı və Cənubi Çin dənizində sülh və sabitliyə gəldikdə sürücünün oturacağında oturanların özləri olduğundan əmin olmalıdırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki