image-63bc0c9155f1dbackend

Çin “HEAD-3” peyklərini kosmosa göndərdi

image-reklam_sirab_01

Çin gəmilərin naviqasiyasını izləmək üçün istifadə edilən, uzaqdan zondlama aparan “HEAD-3” peyklərini kosmosa göndərib.

Vətəninfo.az “Sinxua” informasiya agentliyinə istinadən xəbər verir ki, “HEAD-3” A, B, C, D və E peykləri “Kuaycou-1A” raketi ilə Sıçuan əyalətindəki “Xichang” peyk mərkəzindən orbitə buraxılıb.

Peyklər planlaşdırılan orbital mövqeyə enib.

Buraxılış “Kuaycou-1A” ilə 28-ci uğurlu nəqliyyat missiyası olub.

Qərargahı paytaxt Pekində yerləşən “HEAD Aerospace” şirkəti tərəfindən hazırlanmış və Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) tərəfindən istehsal edilən HEAD peykləri gəmilərin Avtomatik İdentifikasiya Siqnallarını (AİS) aşkar edə, yeri və naviqasiya-izləmə məlumatlarını ötürə bilir.

Mikro ölçülü peyklərin 48 hissədən ibarət “Skywalker” bürclər şəbəkəsinin bir hissəsini təşkil etməsi planlaşdırılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki