image-reklam-veteninfo
image-1backend

Çin: “ İranın nüvə probleminin həllində iştirak etməyə hazırıq” 

image-reklam-veteninfo

Çin İranın nüvə proqramı ilə bağlı danışıqlarda fəal iştirak etməyə hazır olduğunu bir daha bəyan edib. Bununla bağlı, Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu Fransa XİN-nin siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Frederik Mondoloni ilə telefon danışığı zamanı bildirib.

Ma Zhaoxu vurğulayıb ki, İranın nüvə məsələsinin siyasi və diplomatik yollarla həlli vacibdir və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bütün tərəflər mümkün qədər tez dialoqa qayıtmalıdır.

“İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ ciddi şəkildə təmin edilməlidir. Çin bu məsələdə müsbət və konstruktiv rol oynamağa davam edəcək”, – deyə бinli diplomat qeyd edib. (Tabnak)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki