Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Qərblə Şərq arasında körpüdür. Vətəninfo.az xəbər verir ki, bu barədə dekabrın 27-də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başlanması mərasimində Qırğızıstan Prezidenti Sadir Japarov bildirib .
Japarovun sözlərinə görə, yeni dəmir yolu təkcə strateji obyekt deyil, həm də birləşdirici halqa olacaq.
” Yeni Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu dəhlizi Avrasiya qitəsinin cənub körpüsünün qoluna çevriləcək və Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq ” . Bu marşrut Çindən Qırğızıstana və Mərkəzi Asiyaya , oradan da Türkiyəyə , oradan da Avropa İttifaqına yük daşımağa imkan verəcək . Layihə regional əlaqələrin gücləndirilməsinə və nəqliyyat marşrutlarının şaxələndirilməsinə xidmət edəcək ki , bu da nəqliyyat tranzit qovşağı kimi regionun rəqabət qabiliyyətini artıracaq ”, – o qeyd edib .
Japarov əlavə edib ki, dəmir yolu Qırğızıstanın iqtisadi artımını sürətləndirəcək və ölkənin Avrasiyada tranzit qovşağı kimi mövqeyini gücləndirəcək.