Vətəninfo.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qüvvələri Sakit okeanın açıq suları istiqamətində döyüş başlıqlı qitələrarası ballistik buraxıb.
Çinin Müdafiə Nazirliyi raketin dənizdə planlaşdırılan zonaya düşdüyünü açıqlayıb. Nazirlik sınaq buraxılışının illik təlim planına uyğun icra edildiyini, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir ölkəyə və ya obyektə qarşı yönəlmədiyini bəyan edib.