image-reklam-veteninfo
image-1backend

Çin ruslar üçün vizasız rejim tətbiq edəcək

image-reklam-veteninfo

Çin hökuməti 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək adi xarici pasportu olan Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun məlumat verib.

Onun sözlərinə görə, vizasız rejim işgüzar səfərlər, turizm, qohum və dost ziyarətləri, həmçinin 30 günə qədər səfər mübadiləsi məqsədi ilə istifadə edilə bilər.

Quo Jiakun vurğulayıb ki, Çin və Rusiya arasında strateji tərəfdaşlıq yüksək inkişaf səviyyəsindədir və iki ölkə xalqları arasındakı əlaqələrin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. O əlavə edib ki, bu addım Çin və Rusiya arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.

“Biz daha çox rusiyalı dostların Çinə daha tez-tez səfər etmələrini alqışlayırıq”, – rəsmi nümayəndə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki