image-reklam-veteninfo
image-1backend

Çin Sədri ABŞ-a səfər edəcək

image-reklam-veteninfo

Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər mühüm rəsmilər yaxın gələcəkdə ABŞ-a səfər edəcəklər.

Vətəninfo.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.

O, təfərrüatları açıqlamadan bildirib: “Çin sədri Si Cinpinin tabeliyində olan əsas fiqurlar çox da uzaq olmayan gələcəkdə gələcək”.

ABŞ Dövlət katibi Marko Rubio martın 14-də bildirib ki, Vaşinqton və Pekin Trampla Si Cinpin arasında görüş üçün hələlik hər hansı konkret tarix barədə razılığa gəlməyiblər, lakin bu görüş “müəyyən bir nöqtədə” baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki