Vətəninfo.az xəbər verir ki, Çinin Tehrandakl səfiri bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, buna səbəb Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan “əsassız iddialar”a Çin hökumətinin dəstəyi olub.
Bununla bağlı, Çinin İrandakı səfirinə etiraz notası təqdim edilib. Diplomat tez bir zamanda İranın etirazını öz ölkəsinə çatdıracağını bildirib.
Qeyd olunub ki, Tehran İran körfəzində yerləşən Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları ilə bağlı hər hansı tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.