image-reklam-veteninfo
image-1backend

Çin TikTok-un satılmayacağını bəyan etdi

image-reklam-veteninfo

Sosial media nəhəngi TikTok-un ABŞ-dakı aktivlərinin satışı ilə bağlı razılaşma Çinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi cavab tariflərinə görə razılaşmadan çıxmasından sonra ləğv edilib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Müqavilə TikTok-un sahibi olan Çinin ByteDance internet holdinqi və ABŞ hökuməti tərəfindən təsdiqlənib. Mənbələrin bildirdiyinə görə, saziş sosial şəbəkənin əməliyyatlarının ABŞ-da yerləşən və əsasən amerikalı investorlara məxsus olan yeni şirkətə ötürülməsini nəzərdə tutur.

Məlumdur ki, sövdələşmə uğurla başa çatsaydı, ByteDance-in TikTok aktivlərindəki payı 20%-dən az olardı.

Yanvarın 19-da ABŞ-da ByteDance-dən TikTok-un Amerika seqmentini satmağı tələb edən qanun qüvvəyə minib. Çin şirkəti şərtləri yerinə yetirməsə, Vaşinqton milli təhlükəsizlik səbəbi ilə bu sosial şəbəkədən istifadəyə qadağa qoyacaq.

Ümumilikdə, qanun TikTok-un Çin şirkəti ilə əlaqələrinin Çin hökuməti tərəfindən idarə olunan xidmətə çevrilməsi ilə bağlı ABŞ-ın narahatlığını əks etdirir. Amerika rəhbərliyinin fikrincə, Pekin platformadan digər ölkələrin sakinlərinin siyasi baxışlarına kütləvi təsir göstərmək üçün istifadə edə bilər.

Martın 23-də Reuters mənbələrə istinadən xəbər verdi ki, ByteDance-də çinli olmayan investorlar öz paylarını artırmağı və TikTok-un ABŞ seqmentini almağı düşünürlər.

Bundan əvvəl Tramp TikTok-un ABŞ-dakı fəaliyyətinin 75 gün uzadıldığını açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki