image-4backend

Çin və Rusiya Sakit okeanda birgə dəniz patrulları həyata keçirəcək

image-reklam_sirab_01

Çin  və Rusiya Hərbi Dəniz Qüvvələri tezliklə Sakit Okeanın qərb və şimal hissələrində birgə patrul xidməti həyata keçirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə çərşənbə günü Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Patrul “üçüncü tərəflərə qarşı yönəlməyib və hazırkı beynəlxalq və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur”, o, Çin və Rusiya hərbçiləri arasında illik əməkdaşlıq planına uyğun olaraq həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.

İyulun 20-23-də Rusiya-Çin “Şimal əməkdaşlıq-2023” birgə dəniz təlimləri keçirib. İndiyədək Rusiya və Çin  müxtəlif hədəflərə birgə artilleriya atəşi də daxil olmaqla 20-yə yaxın döyüş təlimi keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki