image-1backend

Çin Yaxın Şərqi ələ keçirir -TƏHLİL

image-reklam_sirab_01

Çin öz barışdırıcı missiyası ilə Yaxın Şərqi ələ almağa başlayıb. Biri- birinin ardınca görüşlər keçirən Çin rəhbərliyi regiondakı boşluqdan istifadə etmək niyyətindədir. Artıq Çin İranı öz planlarının tərkib hissəsinə daxil edərək Yaxın Şərqdə uzun illərdir gedən gərginliyi öz nəzarətinə almaq, barışdırıcı missiya ilə öz planlarını həyata keçirməyə başlayıb. Məhz buna görə dünən  Pekində kifayət qədər gərgin və maraqlı görüşlər baş tutub. Çinin partiya-siyasi elitasının birinci eşalonunun nümayəndələrindən olan xarici işlər naziri Vanq Yi Pekinə gələn İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin nümayəndələri ilə görüşüb. Xatırladaq ki, Pekində Pekin-Tehran-Ər-Riyad birgə komissiyasının iclası keçirilib. Ümumi geosiyasi yenidənqurmaların mövcud reallığı şəraitində bu görüş və sessiyadan belə başa düşmək olar ki, Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında barışdırıcı missiyasını davam etdirir və bununla da qlobal geosiyasi güc mərkəzi kimi çəkisini xeyli artırır, öz nüfuzunu gücləndirir. Bir sözlə Çin gələcəyin çoxqütblü dünyasında daimi yer almaq niyyətini birbaşa olaraq həyata keçirir.

Bundan əlavə, biz çevik Çin diplomatiyasının şahidi oluruq, belə ki, Pekin Yaxın Şərq münaqişəsinin indiki gərginliyində neytrallığı qoruyan, eyni zamanda İslam dünyasının iki aparıcı ölkəsi ilə dialoq apara bilən dünyanın aparıcı paytaxtlarından biridir. İsraillə son dərəcə yaxşı ticarət və iqtisadi əlaqələri olan Çin bu müharibəni də dayandırmaq niyyətində olduğunu gizlətmir. Lakin Çin rəhbərliyi bu missiyanı öz üzərinə götürməyə hələki tələsmir.

Bu vəziyyət Çin üçün son dərəcə faydalıdır və bəlkə də elə bu səbəbdəndir ki, nüfuzlu “Financial Times”ın sözləri ilə desək, “Çin Yaxın Şərq münaqişəsinin indiki gərginliyində ya vasitəçi, ya da vasitəçi kimi çıxış edəcək. .” Bu baxımdan, beynəlxalq nüfuzlu analitik və ekspert mərkəzlərinin qiymətləndirmələrinə əsaslanaraq qeyd etmək olar ki, Pekin ABŞ və kollektiv Qərbi təmsil edən digər ölkələri xeyli qabaqlayır, baxmayaraq ki, Çinin bu mövqeyini qiymətləndirən ekspertlər də var. ABŞ üçün sərfəlidir.Çünki İrana danılmaz təsiri olan Pekin vasitəsilə ABŞ “İslam Respublikası”nın rəhbərliyi ilə dialoq aça bilir. Pekin, yeri gəlmişkən, əvvəldən qeyd etmək lazımdır ki, bu baxımdan özünü maraqsız əsas oyunçu kimi göstərir və bu da çevik Çin diplomatiyasına əlavə bonuslar gətirir. Unutmayaq ki, Pekin də müntəzəm səfər mübadiləsi, qlobal proqramların həyata keçirilməsi və digər üsullarla Rusiya ilə əməkdaşlıq və fəal əlaqələr saxlayır.  Bir sözlə Çin indiki reallıqda münaqişələri yatırmaqla regionda söz sahibinə çevrilə bilər.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki