image-1backend

Çində 100 diri ilanı şalvarında gizlədən şəxs tutulub

image-reklam_sirab_01

Çində şalvarında 100 diri ilan qaçaqmalçılığı ilə məşğul olan şəxs tutulub.

Bədbəxt təbiətşünas sərhəddəki Şençjen şəhərinə getmək istəyərkən Honq-Konq gömrüyü tərəfindən saxlanılıb. Baxış zamanı şalvarın ciblərindən müxtəlif rəngli və ölçülü ilanlarla dolu 6 ədəd çanta aşkar edilib.

Bildirilir ki, polis 104 növ sürünən, o cümlədən ölkənin bu bölgəsinə xas olmayan nadir növlər ələ keçirib.

Polis qaçaqmalçını nə gözlədiyini dəqiqləşdirməyib. Lakin Çinin son illərdə qeyri-qanuni heyvan alverinə qarşı fəal mübarizə apardığını nəzərə alsaq, cəza kifayət qədər ağır ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki