image-1backend

Çində avtomobil yolunun çökməsi nəticəsində çoxsaylı insan həlak oldu

image-reklam_sirab_01

Çinin Quandun əyalətində sürətli yolun uçması nəticəsində 36 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə Vətəninfo.az  Sinxua agentliyinə istinadən xəbər verir.

Hadisə mayın 1-də yerli vaxtla saat 02:10-da güclü yağışlar nəticəsində baş verib. Meyçjou-Dabu avtomobil yolunun dağılmış hissəsinin uzunluğu 17,9 metrdir. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxıb.

Meyçjou bölgəsində aprel ayının sonundan etibarən güclü yağışlar və dolular davam edir, nəticədə təhlükəli torpaq sürüşmələri, evləri su basması və körpülərin dağılmasına səbəb olub.

Çin prezidenti Si Cinpin əyalətdə davam edən yağışlı havanın təhlükələrini aradan qaldırmaq üçün bütün səyləri göstərməyə çağırıb.

Çin dövlət televiziyasının məlumatına görə, xilasetmə əməliyyatlarında 500-ə yaxın adam iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki