Vətəninfo.az CGTN istinadən xəbər verir ki, şənbə günü günorta Çinin mərkəzi Hubey əyalətinin Yuesan kəndində magistral yol tikintisi sahəsində baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər hələ də itkin düşüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, sürüşmə yerli vaxtla saat 16 radələrində baş verib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb, yaxınlıqdakı 17 sakin isə başqa yerə köçürülüb.


























