image-1backend

Çində yeni qanun: Evlənən qadınlar mükafatlandırılacaq

image-reklam_sirab_01

Çinin Liuhlian şəhərinin hakimiyyət orqanları gənc qadınların evlənməsinə bonus vermək qərarına gəliblər. Vətəninfo.az Xinhua agentliyinə istinadən xəbər verir ki, proqram 2025-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Bildirilir ki, mükafata 35 yaşına qədər qadınlar müraciət edə bilər və nikah həm gəlin, həm də bəy üçün birinci olmalıdır. Beləliklə, Luihlyan hakimiyyəti şəhərdə doğum nisbətini təşviq etmək qərarına gəldi.

Mükafat 1,5 min yuan olacaq ki, bu da təxminən 210 dollara bərabərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image