image-reklam-veteninfo
image-1backend

Çingiz Qənizadə: “Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”

image-reklam-veteninfo
Putinin yanındakı Kirill kirli “caynaqlarını” Azərbaycana uzadır.

Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycanı hədəfə alan skandal çağırış edib. Musavat.com xəbər verir ki, o, Ukrayna ərazisində Azərbaycan strukturlarına məxsus neft obyektlərinə “hədəfli zərbələr” endirilməsini təklif edib.

Kabanov öz Telegram kanalında yazıb ki, “Rusiya üçün kimin həqiqi müttəfiq, kimin isə rəqib olduğu getdikcə daha açıq görünür”.

Onun iddiasına görə, Bakı artıq Moskvaya əvvəlki kimi “dost münasibət” göstərmir, əsas tərəfdaş kimi isə Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı görür.

Rusiya rəsmisi bu faktın regionun geosiyasi mənzərəsini dəyişdiyini və Moskvanın Azərbaycanla əməkdaşlığa dair əvvəlki yanaşmalarını “şübhə altına aldığını” bildirib. O, bununla da kifayətlənməyərək, “Azərbaycanla bağlı neft obyektlərinə zərbələr endirməklə yanaşı, Azərbaycan diasporu ilə əlaqəli cinayətkar təşkilatların Rusiya biznesindəki təsirini və fəaliyyətini tamamilə dayandırmaq” çağırışı edib.

Kabanovun bu açıqlaması Kreml çevrələrində Azərbaycana qarşı artan qəzəb və təhdid ritorikasının yeni mərhələsidir. Rusiya belədir: normal, diplomatik dillə danışa bilmir, əvəzində hədə, təzyiq və zor dilinə üstünlük verir. Belə düşüncənin isə nə dostu olar, nə də tərəfdaşı. Heç kim belə aqressiv və etibarsız yanaşmaya yaxın olmaq, əməkdaşlıq etmək istəməz.

Moskvanın artan təhdidləri hansı hazırlıqlardan xəbər verir? Kabanov kimi rus məmurları kim təlimatlandırır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Kirill Kabanovun Azərbyacana qarşı kəskin, düşmən mövqeyindən fərqlənməyən fikirlər səsləndirməsi ilk dəfə deyil: “Bu adam vaxtaşırı Azərbaycana qarşı hədə xarakterli və təhqirlə dolu çıxışlar edir. Kirill Kabanov Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədridir, eyni zamanda Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvüdür. Bu adam Kremlin içində, Vladimir Putinin yanındadır. Bu isə belə nəticəyə gəlməyə əsas yaradır ki, bu cür sərsəm yaramaz adamların anti-Azərbaycan ritorikası, fikirləri Kremldən verilən tezislərdir. Kirill kimiləri Rusiya siyasi dairələrinin fikirlərini dilə gətirirlər. Həm Rusiya televiziyalarındakı aparıcılar, həm Zatulin və Kabanov kimi yaramazlar eyni mərkəzdən göztəriş alır və qidalanırlar. Azərbaycana qarşı hədə dilində danışmaqları əslində onların zəifliyidir. Aleksandr Duqinin dünənki yazısında əslində Rusiyanın hansı duruma düşdüyü çılpaqlığı ilə ortaya qoyulur və bu vəziyyətə gəlib çatmada Rusiya rəhbərliyi günahkar kimi təqdim olunur, bundan nəticə çıxarmalı olduqları vurğulanır. Bəli, Rusiya Azərbaycana qarşı aqressiv siyasətdən imtina edib hazırkı durumundan nəticə çıxarmalıdır. Azərbaycana və digər qonşu dövlətlərə qarşı  planlar qurmaq kimi yanlış siyasi xətdən geri çəkilməlidir. Azərbaycanın neft obyektlərini bombalamaq kimi çağırışlar, Azərbaycan diasporunu cinayətkar qruplarla əlaqədə suçlamaq Rusiyanın sonda özünü batıracaq çox təhlükəli yola meyillənməsindən xəbər verir”.

 Həmsöhbətimiz hesab edir ki,  Rusiya hakimiyyəti nə qədər gec deyil, yanlış yoldan geri çəkilməlidir, çünki Azərbaycanla hədə dilində danışmaqla heç vaxt Azərbaycanı öz yanında görə bilməzlər: “Kirill Kabanov kimilərinin dili ilə deyilir ki, Rusiya işğlaçılıq etsin, ağılagəlməz qanunsuzluqlara yol versin, beynəlxalq hüququ ayaqlar altına alsın, lakin Azərbaycan və digər ətraf ölkələr buna göz yumub Rusiyanın yanında olsun. Azərbaycan Rusiyanın işğalçı hərəkətlərinin, cinayətlərinin yanında ola bilməz. Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərində maraqlı olduğunu daim nümayiş etdirir, ancaq Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”.

Ekspert qeyd edir ki, Kirill Kabanovun Azərbaycanın neft obyektlərinə zərbə endirmək, diaspora təşkilatları üzvlərinin bizneslərini məhv etmək barədə çağırışları Rusiya ilə dost olmağın mümkünsüzlüyünü də təsdiqləyir: “Rəsmi şəxslərin dilindən bu cür çağırışlar ifadə edilən bir dövlətin, təbii ki, yanında heç kim dayanmaq istəməz. Rusiya bundan nəticə çıxarmalıdır. Zor dili ilə danışmaq Rusiyaya uğur gətirməyəcək.  Kirill Kabanov kimilərinin çağırışları həm də bizə onu deyir ki, biz hər an hər şeyə hazır olmalıyıq, ehtiyatı əldən verməməliyik”.(Musavat.com)

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki