Çin virusoloqları COVID-19 kimi insanlara keçə bilən yeni yarasa koronavirusu aşkar ediblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni ştammıdır.
Tədqiqat Quançjoudakı Çin Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri tərəfindən Quançjoudakı laboratoriyada aparılıb.
Alimlər yarasa virusunun insan hüceyrələrini yoluxdurmağa qadir olduğunu aşkar ediblər.