CNN xəbər verir ki, Tehran və Vaşinqton razılaşmaya yaxındırlar və yəqin ki, növbəti danışıqlarda nüvə sazişi imzalayacaqlar.
Məlumata görə, razılaşma Yaxın Şərqdə keçiriləcəyi ehtimal edilən qarşıdakı görüşdə yekunlaşa bilər. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın nüvə danışıqlarında yekun həllin əldə olunması ilə bağlı razılığının olduğu vurğulanıb.