image-1backend

CNN: “ İranın raket proqramı üçün lazım olan materiallar  Çindən Bəndər Abbas limanına gətirilib”

image-reklam_sirab_01

Vətəninfo.az CNN telekanalına istinadən xəbər verir ki, İran raket proqramını gücləndirməyə davam edir və bərk raket yanacağı istehsalı üçün lazım olan materialları daşıyan ilk gəmi Çindən Bəndər Abbasa limanına gəlib.
Məlumata görə, hər biri min ton Çin istehsalı kimyəvi maddə daşıyan iki gəmidən birincisi dünən Bəndər Abbas yaxınlığında dayanıb.
“Ötən ilin oktyabrında İsrail İranın raket istehsalı obyektlərinə hücum etdikdən sonra bəzi Qərb ekspertləri İran hökumətinin bərk yanacaq istehsalını bərpa etməsi üçün ən azı bir il vaxt lazım olacağını proqnozlaşdırıblar. Ancaq yükün bu yaxınlarda çatdırılması onu göstərir ki, İran ya raket istehsalını bərpa edib, ya da normal istehsala qayıtmaq ərəfəsindədir”, – deyə, telekanal vurğulayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image