CNN telekanalı xəbər verir ki, adı açıqlanmayan İran rəsmisi Tehranın ABŞ-nin yeni təklifini “uyğunsuz, tamamilə real olmayan və həddindən artıq tələblərlə dolu” adlandırdığını bildirib.
İran rəsmisinin sözlərinə görə, təqdim olunan mətn danışıqların beşinci raundunda əldə olunmuş razılaşmalara ziddir. İranın zənginləşdirmə ilə bağlı mövqeyi qəti və dəyişməzdir.
“Hər iki tərəf danışıqları tezliklə bərpa edəcəklərini açıqlasa da, məlumatlı mənbələr hazırda danışıqların növbəti raundunun çox qeyri-müəyyən olduğunu və ümumiyyətlə baş tutmaya biləcəyini deyirlər”, – deyə, telekanal qeyd edib.