image-reklam-veteninfo
image-telemmglpict000438532754_17570514486670_trans_nvbqzqnjv4bqa7n2cxnjwnyi3tcbvbgu9wvldaeawzlxiqptu2t6yjqbackend

Co Bayden dəri xərçəngi əməliyyatı keçirib

image-reklam-veteninfo

ABŞ-ın sabiq prezidenti Co Bayden dərisində aşkarlanan xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə onun sözçüsü məlumat verib.

82 yaşlı Bayden həmçinin “aqressiv” prostat xərçənginə görə müalicə alır. Demokrat siyasətçiyə prostat xərçəngi diaqnozu may ayında rutin tibbi müayinə zamanı kiçik şişin aşkarlanmasından sonra qoyulmuşdu.

Baydenin ofisi NBC News-a bildirib ki, sabiq prezident Mohs əməliyyatı keçirib. Bu prosedur dəri qatlarını mərhələli şəkildə kəsərək xərçəng hüceyrələrini çıxarmağa imkan verir. Qeyd olunur ki, Bayden “özünü yaxşı hiss edir” və bərpa prosesi davam edir. Onun əməliyyatı hansı gün keçirdiyi açıqlanmasa da, ictimaiyyət qarşısına çıxışlarına əsasən, bu, son bir ay ərzində baş tutub.

Bayden bu həftə Delaver ştatında kilsədən çıxarkən alnında iri çapıqla görüntülənib. Avqustda isə sabiq Delaver qubernatoru Mayk Kastlın dəfnində başında sarğı ilə iştirak etdiyi müşahidə olunmuşdu.

Mohs əməliyyatı yerli anesteziya altında aparılır və dəri xərçənginin ən çox yayılmış formaları – bazal hüceyrəli (BCC) və yastı hüceyrəli (SCC) karsinomaların müalicəsində “qızıl standart” sayılır. Xərçəng hüceyrələri sürətlə böyüyən, böyük ölçülü, sərhədləri aydın görünməyən və ya əvvəlki müalicədən sonra təkrarlayan hallarda bu prosedur xüsusilə tövsiyə olunur.

Co və Cill Bayden əvvəllər də dəri xərçəngi səbəbindən əməliyyat olunublar. 2023-cü ildə, Bayden prezident olduğu dövrdə, onun sinəsindən çıxarılan dəri törəməsi biopsiyadan sonra BCC kimi təsdiqlənmişdi. Həmin vaxt Cill Baydenin gözünün üstündə və sinəsində də oxşar törəmələr aşkarlanmışdı. Prezidentin həkimi Kevin O’Konnor həmin dövrdə xərçəngli toxumaların tam çıxarıldığını və əlavə müalicəyə ehtiyac olmadığını açıqlamışdı.

May ayında Baydenin ofisi prostat xərçənginin sümüyə metastaz verdiyini bildirmişdi. Onun Gleason balı 9 (5-ci dərəcə qrup) olaraq təsnif edilib ki, bu da xəstəliyin ən aqressiv formalarından biridir. Lakin xəstəliyin hormonlara həssas olması müalicənin effektivliyini artırır.

Bayden ailəsi həkimlərlə birgə müalicə variantlarını nəzərdən keçirir. Bu müddətdə həyat yoldaşı Cill Bayden ona dəstək olur. Bayden ailə fotosunu paylaşaraq yazmışdı: “Xərçəng hamımıza toxunur. Biz də, sizin kimi, yaralı yerlərimizdə güclü olmağı öyrəndik. Sevgi və dəstəyiniz üçün təşəkkür edirik.”

Donald Tramp may ayında verdiyi açıqlamada “Melaniya ilə birlikdə Co Baydenin xəstəliyi barədə xəbəri kədərlə qarşıladıq. Jill xanıma və ailəyə ən xoş arzularımızı çatdırırıq. Co Baydenin tezliklə sağalmasını diləyirik” demişdi.

Böyük Britaniyanın baş naziri Kir Starmer də Baydenə “tezliklə uğurlu müalicə” arzulamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki