image-reklam-veteninfo
image-1backend

Co Bayden prezidentliyə namizədliyini geri götürdü

image-reklam-veteninfo

ABŞ prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Co Bayden rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib. Co Bayden səlahiyyət müddətini başa vuracağını və prezidentlik yarışından geri çəkiləcəyini deyib.
ABŞ prezidenti qərarı ilə bağlı ətraflı açıqlamanı həftə ərzində verəcək.
ABŞ prezidentinin səhhətinin onun vəzifəsini yerinə yetirməsi və yenidən namizədliyini irəli sürməsi üçün uyğun olmadığı ilə bağlı müzakirələr uzun müddətdir ki, gündəmdədir.
Qeyd edək ki, noyabrın 5-də Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki