ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkartinin prezident Co Baydenə impiçment elan etmək istəyi ilə bağlı dediyi sözlər onun və administrasiyasının apardığı siyasətə təsir etməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə çıxışı zamanı bildirib.
O, respublikaçıların həqiqətən bu addımı ata biləcəyi ilə bağlı şərh verməkdən imtina edib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, amerikalı ailələr Baydenin diqqət mərkəzindədir və respublikaçılar “prezidentin ailəsini hədəfə alıblar”.
“Onlar istədiklərini edə bilərlər, amma biz səbirli qalacağıq”, – mətbuat sözçüsü yekunlaşdırıb.
İyulun 25-də Makkarti jurnalistlərə bildirib ki, Baydenə qarşı impiçment prosesinin başlanması məsələsi ABŞ qanunverici orqanının imkanlarını artırmağa, yəni ABŞ prezidentinə qarşı təhqiqat aparmaq üçün lazım olan məlumatları toplamaq imkanı verəcək.


























