ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ lideri Co Bayden administrasiyasının Ukrayna ilə bağlı siyasətini şərh edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.
Bolton bildirib ki, Ukrayna silahlı qüvvələrinin yavaş əks-hücum keçirməsinin səbəbi Kiyevə yardımın ləng çatdırılmasıdır. Onun sözlərinə görə, silah tədarükü ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın hərəkətləri bir sıra ölkələrdə “paralitik ehtiyatlılığa” səbəb olub.
Trampın keçmiş müşaviri əlavə edib ki, Ukrayna silahlı qüvvələrinin əməliyyat zamanı ciddi uğur qazana bilməməsi Baydenin siyasətinin nəticəsidir.
“Ukraynanın əks-hücumunun ləngiməsi Baydenin tərəddüdünün günahıdır”, – Bolton bildirib.


























