image-reklam-veteninfo
image-image_750x_659f800b3ced8backend

Conson:”Moskva- Kiyev danışıqları uğursuzluqla nəticələndi”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiyada Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun 2022-ci ilin martında Moskva ilə Kiyev arasında sülh danışıqlarının uğursuzluğa düçar olması ilə bağlı ittihamlar irəli sürülüb.

Britaniyalı siyasətçi ona qarşı irəli sürülən ittihamlara cavab verib. “The Times” qəzetinə müsahibəsində Conson bunları deyib: “Bu, tamamilə cəfəngiyyatdan və Rusiyanın təbliğatından başqa bir şey deyil”.

Xatırladaq ki, Rusiya 2022-ci ildə Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Müharibədən təxminən iki il keçsə də, tərəflərin danışıqlar aparmaq niyyəti yoxdur və Ukrayna prezidenti Vladimir Zelenski hətta onların mümkünsüzlüyünü qanunla müəyyən edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki