Rusiya Federasiyasının Baş Prokurorluğu amerikalı aktyor Corc Kluninin Rusiyadakı fondunun fəaliyyətini tanımaq istəmir.
Bu barədə Vətəninfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir .”Rusiya Federasiyasının Baş Prokurorluğu ABŞ-ın Kluni Ədliyyə Fondunun xarici qeyri-hökumət təşkilatının ölkəmiz ərazisində fəaliyyətini tanımaq istəmir”, – Baş Prokurorluq bəyan edib.
Şöbə bu qənaətdədir ki, fond “ölkəni tərk etmiş yalançı vətənpərvərlərə, qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının iştirakçılarına dəstək verir”.Clooney Foundation for Justice Hollivud aktyoru Corc Kluni və onun həyat yoldaşı, hüquqşünas kimi çalışan Amal Kluni tərəfindən təsis edilib.Fondun saytında qeyd edildiyi kimi, o, 40 ölkədə fəaliyyət göstərir, insan hüquqlarının pozulması qurbanlarına hüquqi yardım göstərir.