image-reklam-veteninfo
image-img_2018backend

“Crystal Group of Companies” ASC vergiborcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

image-reklam-veteninfo

Son günlər bəzi media resurslarında“Crystal Group of Companies” ASC-nin küllimiqdarda vergi borcunun olması ilə bağlıhəqiqətə uyğun olmayan məlumatlarınyayılması şirkətin etirazına səbəb olub.

“Crystal Group of Companies” ASC yayılan iddiaları təkzib edərək məsələ ilə bağlırəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki,  “Crystal Group of Companies” ASC-nin dövlət büdcəsinə heç birvergi borcu yoxdur. Şirkətimiz fəaliyyətiniAzərbaycan Respublikasının qanunvericiliyinəuyğun həyata keçirir, üzərinə düşən bütünvergi və maliyyə öhdəliklərini vaxtında və tam şəkildə icra edir.

Təəssüf ki, bəzi media resurslarında ayrı-ayrı hüquqi şəxslər əsassız olaraq şirkətimizləeyniləşdirilir və həmin subyektlərə aid olduğubildirilən vergi borcları heç bir hüquqi əsasolmadan “Crystal Group of Companies” ASC-nin adına çıxarılır.

Diqqətə çatdırırıq ki, təxminən 498 min manat vergi borcunun olduğu göstərilən“CRYSTAL PLATES” MMC “Crystal Group of Companies” ASC-nin tərkibində fəaliyyətgöstərmir və şirkətlər qrupumuza daxil deyil. Sözügedən hüquqi şəxsin vergi öhdəliklərininşirkətimizlə əlaqələndirilməsi üçün heç birəsas yoxdur.

Ayrı-ayrı hüquqi şəxslərin yalnızadlarındakı oxşarlığa görə eyniləşdirilməsi, onların maliyyə və vergi öhdəliklərinin başqabir şirkətə aid edilməsi faktların təhrifolunmasına və ictimaiyyətin yanlışməlumatlandırılmasına səbəb olur. Bu cüryanaşmanı qəbuledilməz hesab edirik”, – deyəaçıqlamada vurğulanır.

Açıqlamada qeyd edilir ki, “Crystal Group of Companies” ASC-nin vergi öhdəlikləribarədə məlumatların doğruluğunu AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin müvafiq rəsmiinformasiya resursları vasitəsilə yoxlamaqmümkündür.

Şirkət media nümayəndələrini peşə etikasıprinsiplərinə riayət etməyə, məlumatları dərcetməzdən əvvəl onların doğruluğunu rəsmimənbələr əsasında yoxlamağa, ayrı-ayrıhüquqi şəxslərin fəaliyyətini və öhdəliklərinibir-birindən fərqləndirməyə, ictimaiyyətəobyektiv və dəqiqləşdirilmiş informasiyalartəqdim etməyə çağırıb;

“Crystal Group of Companies” ASC-ninişgüzar nüfuzuna xələl gətirən, ictimai rəydəyanlış təsəvvür formalaşdıran və həqiqətəuyğun olmayan məlumatların yayılmasınıqətiyyən qəbuledilməz hesab edirik.

Həqiqətə uyğun olmayan məlumatlarınyayılmasına qarşı qanunvericiliklə nəzərdətutulmuş bütün hüquqi müdafiə vasitələrindənistifadə etməkdə qətiyyətliyik.

Eyni zamanda, şirkətimizin işgüzarnüfuzuna xələl gətirən, həqiqətə uyğunolmayan və ictimaiyyətdə yanlış təsəvvürformalaşdıran məlumatları yayan media resursları ilə bağlı müvafiq hüquqi tədbirləringörülməsi məqsədilə yaxın günlərdəməhkəməyə müraciət olunacaqdır.

Bir daha bəyan edirik ki, “Crystal Group of Companies” ASC öz fəaliyyətindəqanunvericiliyin aliliyini, şəffaflığı vəictimaiyyətin düzgün məlumatlandırılmasınıəsas prinsiplər hesab edir. Şirkətimiz əsassıziddiaların və yanlış məlumatların yayılmasınaqarşı qanunvericilik çərçivəsində bütün zəruriaddımların atılmasında qətiyyətlidir”, – deyəaçıqlamada vurğulanıb.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki