Polşalı tədqiqatçılar zəlzələlərlə bağlı 50 illik məlumatları təhlil edib. Onlar müəyyən ediblər ki, buna qlobal seysmik aktivliyin intensivliyi səbəb olur. Bu zaman kosmik radiasiyanın yaratdığı ikinci dərəcəli hissəciklərin sıxlığı təxminən iki həftəlik gecikmə ilə müşahidə olunur.
Araşdırma nəticəsində zəlzələlər və kosmik radiasiya arasında əlaqə tapılıb. Tədqiqatçılar əlaqənin sırf təsadüfə bağlı olması ehtimalının isə istisna olduğunu bildiriblər.
Əgər iki hadisə arasındakı əlaqə təsdiqlənərsə, elm adamları bundan ciddi dağıntılara və insan tələfatına səbəb olan güclü zəlzələləri daha öncədən proqnozlaşdırmaq üçün istifadə edə biləcəklərini düşünürlər.
Alimlər bir neçə statistik üsuldan istifadə edərək, tədqiq olunan dövr üçün ikinci dərəcəli kosmik radiasiyanın intensivliyindəki dəyişikliklərlə dörd baldan çox və ya ona bərabər olan bütün zəlzələlərin ümumi gücü arasında korrelyasiya yarandığını aşkar ediblər. Bu korrelyasiya yalnız kosmik hadisələrin seysmik hadisələrdən 15 gün əvvəl baş verəndə ortaya çıxıb.
Kosmik radiasiyada dəyişikliklərin yer təkanlarından əvvəl olması faktı göstərir ki, korrelyasiya gələcək zəlzələ xəbərdarlığı sistemi üçün əsas kimi istifadə edilə bilər.
Bəs zəlzələnin yerini təxmin etmək olacaqmı?
Komandanın araşdırmasında zəlzələnin baş verəcəyi yerin təyin olunmasının qeyri-müəyyən olduğu bildirilib. Çünki kosmik şüaların intensivliyindəki dəyişikliklər və zəlzələlər arasındakı əlaqə yalnız qlobal miqyasda seysmik fəaliyyət nəzərə alındıqda aktualdır.Publika