image-5backend

Daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib. Eləcə də narkomaniya ilə mübarizə və narkotikdən əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiyası istiqamətində təqdimat edilib.

İştirakçılar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə Agentliyin Sosial Adaptasiya Mərkəzində göstərilən xidmətlərlə tanış olublar. Mərkəzdə müvafiq kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə işlərin aparıldığı, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri ilə təmin edildikləri qeyd olunub. Onların sosial-psixoloji reabilitasiyası və adaptasiyası tədbirləri, “Sosial işin idarə edilməsi” (“Keys Menecment”) sistemi haqqında çıxışlar olub.

Məhkumluqdan azad olunmasına üç ay qalan 20 şəxsin anket sorğusu əsasında qiymətləndirilməsi də aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki