Türkiyənin terrorla apardığı mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında terrorla mübarizə ilə bağlı son məlumatları paylaşıb.
Son bir həftədə 48, ilin əvvəlindən bəridir Suriyanın şimalında 2505 PKK/YPG terrorçusu İraq və Suriyanın şimalında zərərsizləşdirilib.
Terror təşkilatı PKK-dan qopmalar da davam edir.
Ötən həftə daha bir PKK terrorçusu təslim olub.