image-1backend

Daha 5 PKK terrorçusu məhv edildi

image-reklam_sirab_01

İraqın şimalındakı Qəndil bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada bu ifadələrə yer verilib: “Terrorçuların yuvalarını məhv etməyə davam edirik. İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror və terrorçulara qarşı mübarizəmiz qətiyyətli şəkildə davam edəcək”.
Nazirliyin internet səhifəsində daha əvvəl verilən açıqlamada Qara, Metina, Hakurk və Qəndildə həyata keçirilən hava əməliyyatlarında terrorçulara məxsus 13 hədəfin məhv edildiyi bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki